Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana etiraz etdi - Təhlil
-
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana etiraz etdi - Təhlil
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev beynəlxalq qanunların Ermənistan tərəfindən kobud şəkildə pozulmasına etiraz edib
APA-nın məlumatına görə, Hikmət Hacıyev 13 sentyabrda deyib: BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və işğal edilmiş ərazilərdən Ermənistan qüvvələrinin qeyd-şərtsiz olarq geri çəkilməsi ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələr indiyə kimi icra edilməyib.
H.Hacıyev əlavə edib: Ermənistanın təcavüzkarlıq niyyətinə ötən illər ərzində azalmayıb, əksinə daha da artıbdır.
Analitiklər Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyevin bu sözlərini prezident İlham Əliyevin Bişkek iclasında səsləndirdiyi fikirlərə yenidən təkid adlandırırlar.
Azərbaycan prezidenti İlham Əliyev cümə günü MDB ölkələrinin Bişkekdə keçirilən iclasında Ermənistan prezidentinin sözlərinə kəskin reaksiya vermişdi.
Ermənistan prezidenti Serj Sərkisyan bişkek iclasında Azərbaycanı atəşkəsi pozmaqda ittiham və şikayət xarakterli çıxış etmişdi. Amma, onun bu çıxışı Azərbaycan prezidenti İlham Əliyevin kəskin və qətiyyətli çıxışı ilə üzləşmişdi.
"Ermənistan milli hakimiyyət haqqına malik olan bir ölkənin ərazisini işğal edərək, onun ərazi bütövlüyünü pozubdur. Azərbaycanlıları Qarabağ və ətraf rayonlardan məcburi şəkildə köçürdübdür. Ermənistan ötən 20 ildə davamlı olaraq müzakirə imitasiyası yaradıb. Və müzakirələrin çıxılmaz vəziyyətlə üzləşməsi üçün zaman-zaman təhrikedici hərəkətlərə əl atır. Sonuncu dəfə cari ilin aprel ayının birində yenidən belə bir hərəkətə əl atdı." Deyə İlham Əliyev bildirdi.
Azərbaycan prezidenti daha sonra BMT-nin Təhlükəsizlik Şurasını ən üstün beynəlxalq instansiya adlandırıb və deyib: Təhlükəsizlik Şurası 1990-cı ildən bəri Ermənistanın Azərbaycana qarşı işğalçılığı ilə bağlı 4 qətnamə qəbul edib. Amma, bu qətnamələr indiyə kimi icra edilməyib.
BMT TŞ-nin qətnamələrində Ermənistanın işğal edilmiş əraziləri qeyd-şərtsiz olaraq azad etməsi və erməni qüvvələrin Azərbaycan ərazilərindən çıxması öz əksini tapır.