2-ci ixtisaslaşdırılmış İran sərgisi Bakıda işə başladı
https://azeri.sahartv.ir/news/azərbaycan-i235766-2_ci_ixtisaslaşdırılmış_İran_sərgisi_bakıda_işə_başladı
54 İran şirkətinin iştirakı ilə ikinci ixtisaslaşdırılmış İran sərgisi "İran Proyekt" adı altında Bakıda işə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2016 13:25 Asia/Baku
  • 2-ci ixtisaslaşdırılmış İran sərgisi Bakıda işə başladı
    2-ci ixtisaslaşdırılmış İran sərgisi Bakıda işə başladı

54 İran şirkətinin iştirakı ilə ikinci ixtisaslaşdırılmış İran sərgisi "İran Proyekt" adı altında Bakıda işə başlayıb.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, bu 3 günlük sərgidə neft, qaz, neft-kimya, tikinti sektoru, energetika, maşınqayırma, avtomobilqayırma, kənd təsərrüfatı sənayesi və texniki-mühəndislik xidmətləri sahələri üzrə fəaliyyət göstərən 54 İran şirkəti iştirak edir.

"Baku Ekspo" mərkəzində 2000 kvadrat metrlik bir ərazidə keçirilən bu sərginin açılış mərasimində Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev cari ilin ilk yeddi ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə iki ölkə arasındakı ticarət mübadilələrinin həcmindəki 70%-lik artıma işarə edərək, bu sərgini iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsində önəmli adlandırıb.

İranın sənaye, mədən və ticarət nazirinin müavini Cəfər Sərqini də bu mərasimdə cari ilin əvvəlindən indiyə kimi İrandan aylıq olaraq 19.3 milyard dollar dəyərində qeyri-neft məhsullarının ixrac edildiyini deyərək, əlavə edib: İranın ticarət dövriyyəsindəki balans iyul ayından başlayaraq, ilk dəfə olaraq qeyri-neft məhsullarının xeyrinə dəyişməyə başlayıb.