YAP hökumət əleyhinə aksiyaları qınadı
Sen 19, 2016 15:25 Asia/Baku
-
YAP hökumət əleyhinə aksiyaları qınadı
Hakim Yeni Azərbaycan partiyasının icra katibi əsas qanunla bağlı keçiriləcək referendum əleyhinə etiraz aksiyaları təşkil edən müxalif qüvvələri tənqid edib.
Əli Əhmədov bazar ertəsi günü Trend-ə verdiyi müsahibədə deyib: Keçirilən mitinqlərin konstitusiyaya dəyişikliklə bağlı referenduma etiraz xarakteri daşımasına baxmayaraq, mitinqdə çıxış edənlər referendum deyil, daha çox iqtisadi problemlərdən danışıblar.
Əli Əhmədov əlavə edib: Milli Şuranın mitinqində xalqın azsaylı iştirakı, xalqın konstitusiyanın dəyişdirilməsi ilə razı olmasından xəbər verir.
Azərbaycanda ölkə konstitusiyasına dəyişikliklə bağlı referendum 25 sentyabrda keçiriləcək.