Azərbaycanda "Vəhdət Vadisi" elmi-praktiki konfrans keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i235817-azərbaycanda_vəhdət_vadisi_elmi_praktiki_konfrans_keçirilib
Azərbaycan İslam Partiyası səadətli Qədir Xum bayramı münasibəti ilə Vəhdət Vadisi elmi-praktiki konfrans təşkil edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2016 06:13 Asia/Baku
  • Azərbaycanda

Azərbaycan İslam Partiyası səadətli Qədir Xum bayramı münasibəti ilə Vəhdət Vadisi elmi-praktiki konfrans təşkil edib.

Faktxəbər saytının məlumatına görə, Azərbaycan İslam Partiyası islam dünyasının digər yerləri ilə yanaşı Bakı şəhərində Qədir Xum bayramı münasibəti ilə tədbir keçirib. 

Məlumata görə, bu mərasimdə ruhanilər, ictimai fəallar, tələbələr və Əhli-Beyt (ə) aşiqləri iştirak ediblər. 

Konfrans natiqləri Qədir gününün fəzilətləri, bu günün fəlsəfəsi və əhəmiyyəti barədə öz fikirlərini bəyan ediblər. 

Qeyd edək ki, bu gün şam və xiftən namazından sonra Bakının Hacı Cavad məscidində Qədir Xum bayramı münasibəti ilə Quranla Ünsiyyət məclisi keçiriləcək.