Qarabağ; Dünyanın ən önəmli münaqişələrindən biri
https://azeri.sahartv.ir/news/azərbaycan-i236114-qarabağ_dünyanın_ən_önəmli_münaqişələrindən_biri
Latviya prezidenti Dağlıq Qarabağ münaqişəsini dünyanın ən önəmli münaqişəsi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 22, 2016 11:07 Asia/Baku
  • Qarabağ; Dünyanın ən önəmli münaqişələrindən biri
    Qarabağ; Dünyanın ən önəmli münaqişələrindən biri

Latviya prezidenti Dağlıq Qarabağ münaqişəsini dünyanın ən önəmli münaqişəsi adlandırıb.

APA İnformasiya Agentliyinin məlumatına görə, Latviya prezidenti Raymonds Veyonis çərşənbə günü BMT Baş Assambleyasının 71-ci sammitində deyib: Abxaziya və Cənubi Osetiya münaqişələri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq proqramların prioriteti olmalı və tez bir zamanda həll olunmalıdır.

Latviya prezidenti həmçinin bildirib: Bütün ölkələr beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməli və ölkələrin ərazi bütövlüyü və qanuni sərhədlərinə hörmətlə yanaşmalıdırlar.