Azərbaycan R. və Türkiyə müdafiə nazirləri görüşüblər
-
Azərbaycan R. və Türkiyə müdafiə nazirləri görüşüblər
Azərbaycan R. və Türkiyə müdafiə nazirləri iki ölkə arasında hərbi əməkdaşlıqların genişləndirilməsi barədə danışıqlar aparıblar.
İRİB-nin verdiyi məlumata görə, Azərbaycan R. Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yer alan xəbərdə bildirilir ki, bu respublikanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda keçirilən "ADEX 2016" silah sərgisinə baxış keçirmək məqsədi ilə Azərbaycan R-a səfər edən Türkiyə müdafiə naziri Fikri İşıq ilə görüşüb, danışıqlar aparıb.
Bu görüşdə iki ölkə arasında hərbçilərin təlimi, hərbi-texniki əməkdaşlıqlar, ixtisaslaşdırılmış kadrlar üçün təlim kurslarının təşkil edilməsi, hərbi-müdafiə təcrübələrinin mübadiləsi və digər məsələlər barədə danışıqlar aparılıb.
Azərbaycan R-nın müdafiə naziri həmçinin ADEX-2016 silah sərgisinə baxış keçirmək üçün Bakıya gələn Belarus və Serbiya müdafiə nazirləri ilə də görüşüb, danışıqlar aparıb.