Azərbaycandan işğalçıya daha bir dəstək
https://azeri.sahartv.ir/news/azərbaycan-i237326-azərbaycandan_işğalçıya_daha_bir_dəstək
Dünya müsəlmanları qaniçən sionist rejiminin cəllad başçılarını lənətlədiyi bir vaxtda, Azərbaycandan Qüdsü işğal etmiş rejimə daha bir dəstək nümayış etdirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2016 08:05 Asia/Baku
  • İlham Əliyev
    İlham Əliyev

Dünya müsəlmanları qaniçən sionist rejiminin cəllad başçılarını lənətlədiyi bir vaxtda, Azərbaycandan Qüdsü işğal etmiş rejimə daha bir dəstək nümayış etdirilib.

APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının nümayəndə heyəti fələstinli uşaqların qatili olan Şimon Peresin dəfnində iştirak etmək üçün İsrailə gedib.

Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti işğal olunmuş torpaqlardadır.

 Azərbaycan nümayəndə heyəti İsrailin keçmiş başçısı Qana cəlladı Şimon Peresin dəfn mərasimində iştirak edəcək.

 Azərbaycan prezidenti İlham Əliyev də rejimin Bakıdakı səfirliyində olub, sionist rejimin Bakı təmsilçisi Dan Stav-a hətta başsağlığı verib.

Əliyev Peresin ölümü ilə bağlı ürək sözləri də yazıb.

Dünya müsəlmanları ilə yanaşı Azərbaycan xalqı da hər il Qüds Günündə sionist rejiminə nifrətini bildirib, "bütün işğalçılığa son" fəryad edir.