Bakıda İƏT-ə üzv ölkələrin müxbirlər cəmiyyətinin konfransı keçirilib
Okt 04, 2016 16:20 Asia/Baku
-
Bakıda İƏT-ə üzv ölkələrin müxbirlər cəmiyyətinin konfransı keçirilib
Bakıda İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin müxbirlər cəmiyyətinin konfransı keçirilib. Konfransda müsəlman ölkələrin səfirləri, habelə media mənsublarından bir qrupu iştirak edib.
IRIB-nin Bakı ofisinin məlumatına görə, bu konfransda islami ölkələrin münaqaşilərinin həlli sahəsində informasiya, islami dəyərlərə qarşı əks-təbliğat və İslamofobiya qarşısında vahid mövqenin tutulması, islami ölkələrin hadisələrinin düzgün əks etdirilməsi üçün müxbirləri birləşdirmək zərurəti və müasir dünyada islami ölkələrin müxbirlər cəmiyyətinin təsisi yolları araşdırılıb.