Azərbaycan Ordusunun əsgəri şəhid olub
Okt 06, 2016 08:14 Asia/Baku
-
Azərbaycan Ordusunun əsgəri şəhid olub
Ermənistan-Azərbaycan hərbi qüvvələrinin təmas xəttində pozulan atəşkəs nəticəsində Azərbaycan Respublikası Ordusunun əsgəri həlak olub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində hərbi qulluqçusu əsgər Məmmədov şəhid olub.
Azərbaycan Ermənistanı yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlamasında suçlayıb .
Teqlər