Azərbaycan prezidenti İstanbulda səfərdədir
https://azeri.sahartv.ir/news/azərbaycan-i238985-azərbaycan_prezidenti_İstanbulda_səfərdədir
Azərbaycan prezidenti İlham Əliyev 23-cü beynəlxalq enerji iclasında iştirak məqsədi ilə İstanbula səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2016 16:32 Asia/Baku
  • Azərbaycan prezidenti İstanbulda səfərdədir
    Azərbaycan prezidenti İstanbulda səfərdədir

Azərbaycan prezidenti İlham Əliyev 23-cü beynəlxalq enerji iclasında iştirak məqsədi ilə İstanbula səfər edib.

İRNA-nın məlumatına görə, bu gün İstanbulda işə başlayan 23-cü beynəlxalq enerji konqresi oktyabrın 13-ə kimi davam edəcək. 

İstanbul polisi 13-cü beynəlxalq enerji iclasının keçirilməsi ilə əlaqədar iclasın keçirildiyi məkan və ətraf məntəqələrdə təhlükəsizlik tədbirlərini gücləndirib. 

Türkiyənin enerji və təbii qaynaqlar naziri Barat Albayrak iclasın keçirildiyi məkanda jurnalistlərə verdiyi açıqlamada deyib: 13-cü beynəlxalq enerji iclasında 4 ölkə prezident, 50-dən çox ölkə isə nazir səviyyəsində iştirak edir. Həmçinin iclasda 200-dən artıq mühüm şirkətin təmsilçiləri iştirak edirlər.

B.Albayrak həmçinin deyib: 4 gün davam edəcək enerji iclasında 82 ölkədən 265 nəfər çıxış edəcək. İclas çərçivəsində 60 müxtəlif toplantının keçirilməsi nəzərdə tutulub. Bu toplantılarda müxtəlif ölkə rəsmiləri çıxış edəcək və iclas iştirakçılarının suallarını cavablandıracaqlar. 

Ümumdünya Enerji Konqresi(WEC) hər 3 ildən bir iclas təşkil edir.