Nardaranda əməliyyat: 2 nəfər həbs edidi
Okt 10, 2016 11:16 Asia/Baku
-
Nardaranda əməliyyat: 2 nəfər həbs edidi
Tasua və Aşura günləri ərəfəsində Nardaran polis basqınına məruz qalıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən verilən məlumatda iddia olunur ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İmran Ağarızayevin evində odlu silah-sursat gizlətdiyini müəyyən edib.
Həyata keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Alim Zəkiyev də saxlanılıb.