"Azərbaycan Respublikası beynəlxalq medialarda" konfransı
https://azeri.sahartv.ir/news/azərbaycan-i239252-azərbaycan_respublikası_beynəlxalq_medialarda_konfransı
Bir qrup mütəfəkkir və media mənsubunun iştirakı ilə Bakı Dövlət Universitetində "Azərbaycan Respublikası beynəlxalq medialarda" adlı konfrans keçirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 11, 2016 14:38 Asia/Baku

Bir qrup mütəfəkkir və media mənsubunun iştirakı ilə Bakı Dövlət Universitetində "Azərbaycan Respublikası beynəlxalq medialarda" adlı konfrans keçirilir.

IRIB-nin Bakı ofisinin məlumatına görə, İran İslam Respublikası daxil olmaqla yeddi region ölkəsinin nümayəndələri və universitet müəllimlərinin də iştirak etdikləri bu media konfransında natiqlər beynəlxalq mediaların müxtəlif mövzulara, o cümlədən Azərbaycan Respublikasında Qarabağ münaqişəsinə baxış tərzləri, bəzi mediaların Azərbaycan Respublikası haqda tanışlıqlarının olmaması və region ölkələrinin media həmkarlıqlarının genişləndirilməsi zərurəti barədə mətləblər söyləyiblər.

İranın Azərbaycan Respublikasındakı səfirliyinin bu konfransdakı nümayəndəsi kimi çıxış edən İranın Radio və Televiziya Təşkilatının Bakı Nümayəndəliyinin müdiri Əmir Kərəmi öz çıxışında mediaların müasir dövrdəki önəmini qeyd edərək, belə deyib: Mediaların hazırkı dövrdəki əsas tapşırığı, məhz xalqların həmrəyliyi, sülh və təhlükəsizliyin reallaşmasıdır.

O, sonra deyib: Media baxımından, şəxslər sosial şəbəkələr və mesaj vasitələri kimi rabitə texnologiyalarının genişlənməsi hesabına fərd-media çərçivəsində qərar tapıblar ki, bu məsələ bir çox məziyyətlərdən əlavə, ictimai detalların bir-birindən ayrılması barədə təhlükə siqnalını səsləndiribdir.

Kərəmi islami ölkələrin medialarının Suriya, İraq və Yəmən kimi ölkələrədə müsəlman qırğınına son qoyulmasındakı önəmini xatırladaraq, əlavə edib: Bəzi medialar siyasətçilik və ya mənfəət axtarma tribunasına çevrilib və ixtilaf salmaq yolu ilə özlərini İslam ümmətinə borclu ediblər ki, İslam dünyasının mediaları bu kimi mediaların fəaliyyətlərini zərərsizləşdirmək və regionda zorakılığı aradan götürmək sahəsində aparıcı rola malikdirlər.

Bu konfrans sabah öz işini başa vuracaq.