Gəncə şəhərində tasua və aşura günləri bütün məscidlər bağlanılıb
Okt 13, 2016 12:58 Asia/Baku
-
Gəncə şəhərində tasua və aşura günləri bütün məscidlər bağlanılıb
Gəncə şəhəri icra hakimiyyətinin göstərişi əsasında İmam Hüseyn(ə) tasuası və aşurası günlərində şəhərin bütün məscidlərinin qapıları bağlanıb və İmam Hüseyn(ə) əzadarlarının məscidlərdə də matəm mərasimləri keçirmələrinə maneəçilik törədilib.
Modern.az portalının verdiyi məlumata görə, Gəncə icra başçısı Elmar Vəliyev göstəriş verib ki, matəm günlərində şəhərin bütün məscidlərinin qapısı əzadarlar və namaz qılanların üzünə bağlansın.
Elmar Vəliyev çərşənbə axşamı günü məscidlərin bağlı olduğunu bildirərək, gəncəli namaz qılanlar və əzadarları bu şəhərdən kənarda 7 km məsafədə yerləşən ziyarətgaha yürümək məcburiyyətində qoydu.