Bakıda dini mağazalar müsadirə edilib
-
Bakıda dini mağazalar müsadirə edilib
Bakıda dini məhsullar satan bir mağaza Azərbaycan Respublikası təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb.
Riport informasiya agentliyinin verdiyi məlumata görə, bu gün Bakıda təhlükəsizlik qüvvələri Günəşli rayonunda yerləşən dini məhsullar satan bir mağazaya hücum edərək mağazanın bütün mallarını müsadirə ediblər.
Bu məlumata görə, mağazadakı dini ədəbiyyat, qadınlar üçün xüsusi islami geyimlər, eləcə də üzərində İmam Hüseynin(ə) və Kərbəla şəhidlərinin adları yazılmış köynəklər zəbt edilib.
Qeyd edək ki, ötən həftə də 4 nəfər dini atributlar satdıqlarına görə Azərbaycan təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdı. Azərbaycanın hüquq-mühafizə qüvvələri də Sədərək bazarına hücum edərək Məhərrəm ayı münasibəti ilə, matəm bayraqları, qara köynək və İmam Hüseynin(ə) adı üzərində yazılmış tişörtlər satan mağazaların mallarını zəbt edərək, mağazaları polomp etmişdilər.