İran ordusu Dəniz Qoşunlarının gəmi qrupu Bakı limanına ezam olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i240041-İran_ordusu_dəniz_qoşunlarının_gəmi_qrupu_bakı_limanına_ezam_olunub
Xəzəryanı ölkələrə sülh və dostluq müraciətini nəql etmək və İran İslam Respublikasının bayrağını Xəzər dənizində dalğalandırmaq məqsədilə Dəmavənd esminesi Azərbaycanda Respublikasında Bakı limanına ezam olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2016 10:06 Asia/Baku
  • İran ordusu Dəniz Qoşunlarının gəmi qrupu Bakı limanına ezam olunub
    İran ordusu Dəniz Qoşunlarının gəmi qrupu Bakı limanına ezam olunub

Xəzəryanı ölkələrə sülh və dostluq müraciətini nəql etmək və İran İslam Respublikasının bayrağını Xəzər dənizində dalğalandırmaq məqsədilə Dəmavənd esminesi Azərbaycanda Respublikasında Bakı limanına ezam olunub.

İRNA-nın məlumatına görə, İran Ordusu Dəniz Qoşunlarının 4-cü bölgə komandiri kontr-admiral Əfşin Rzayi Həddad bazar günü Dəmavənd esminesinin Bakı limanına ezam olunması üzrə keçirilən tədbirdə deyib: Sülh və dostluq müraciəti ilə gəmi qruplarının ezam olunması Xəzər dənizinin təhlükəsiz olduğunu və qarşılıqlı əlaqə və yaxşı qonşuluq prinsipinin ilk sözü dediyini əks etdirir. Çünki hər bir ölkə bu prinsipi arzulayır.

Admiral Rzayi Həddad Xəzəryanı 5 ölkəni bu dənizin sülh və təhlükəsizliyinin yeganə təminatçısı adlandırıb və xatırladıb: Bu müraciətin nəqli Xəzəryanı ölkələr arasında qardaşlıq, bərabərlik, sülh, həmrəylik, əməkdaşlıq və dostluğu və müştərək mənafeyi artırır.

İranlı admiral əlavə edib: İranın iqtisadi və ticarət əlaqələrində strateji əlaqələrə malik olduğu Azərbaycana Dəmavənd esminesinin ezam olunması iki ölkənin əməkdaşlıq şəraitini daha da yaxşılaşdıra bilər.