İranın Ərdəbil ostandarı Azərbaycan Respublikası prezidenti ilə görüşüb
-
İranın Ərdəbil ostandarı Azərbaycan Respublikası prezidenti ilə görüşüb
İranın Ərdəbil ostandarı bir ticarət heyəti ilə bu gün Azərbaycan Respublikası prezidenti ilə görüşüb.
IRIB-nin Bakı ofisinin məlumatına görə, İranın Bakıdakı səfiri Cahangirzadənin də iştirak etdiyi bu görüşdə İlham Əliyev iki ölkənin yüksək səviyyədə olan əlaqələrinə və iki ölkə prezidentlərinin bu əlaqələrin inkişafına yönəlmiş iradələrinə toxunaraq, bu sahədə əməkdaşlıqların gücləndirilməsi üçün iqtisadi fəalların səylərinə təkid edib.
O, İran prezidentinin Azərbaycan Respublikasına olmuş son səfərinə, həmçinin iki və üçtərəfli görüşlərin keçirilməsinə toxunub və bildirib ki, iki ölkə xalqlarının yaxın əlaqələrinin genişləndirilməsi həmin görüşlərdə iki tərəfin nəzərdə tutduğu hədəflərdən olub.
Ərdəbil ostandarı Məcid Xodabəxş IRIB ilə müsahibədə Ərdəbildən yola düşmüş heyətin Azərbaycan Respublikası prezidenti ilə müzakirələrini mühüm adlandıraraq, deyib: İlham Əliyev bu görüşdə iki tərəfin sərmayə yatırımı və iqtisadi əlaqələrin genişlənməsini alqışlayıb və qərara alınıbdır ki, Ərdəbilin qabiliyyətləri ilə tanış olmaq üçün Azərbaycan Respublikasının iqtisadiyyat naziri və Sumqayıt icra hakimi ilin sonunadək Ərdəbil ostanına səfər etsinlər.
Ərdəbil ticarət heyəti həmçinin bu gün Azərbaycan Respublikasının Sahibkarlar Konfederasiyasının məsul şəxsləri ilə görüşüb. Görüşdə tərəflər müxtəlif əməkdaşlıq sahələrini araşdırıblar.