QAT Minsk qrupunu tənqid atəşinə tutdu
Qarabağ Azadlıq Təşkilatı QAT sədri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi qarşısında zəif və nəticəsiz mövqeyi və funksiyasını tənqid edib.
İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, Akif Nağı Səhər Beynəlxalq Telekanalının Azəri televiziyasına verdiyi müsahibədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikn son açıqlamasına reaksiyada onun sözlərini qeyri-ciddi və mənasız adlandırıb.
Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik son vaxtlar öz Twitter səhifəsində yazıb: İşğal olunmuş ərazilər Azərbaycan Respublikasının nəzarətinə qaytarılmalıdır.
Ceyms Uorlik həmçinin yazıb: Qarabağ münaqişəsinin həllində önəmli məsələlərdən biri müharibə didərginlərinin vəziyyətinin müəyyənləşməsi, Qarabağ sakinlərinin öz ev-eşiklərinə qaytımaları və sülhməramlıların bu bölgələrə ezam olunmasıdır.
Akif Nağı Amerikanın bir məsələni nəzərə alaraq bu sözləri irəli sürdüyünü bəyan edərək bildirib: İşğal olunmuş ərazilər tam şəkildə azad olunmalı və Azərbaycan Respublikasına qaytarılmalıdır.