Azərbaycan R., İran və Rusiya başçılarının birgə bəyanatı ratifikasiya olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i242432-azərbaycan_r._İran_və_rusiya_başçılarının_birgə_bəyanatı_ratifikasiya_olunub
Azərbaycan Respublikasının Milli Məclisi İran, Rusiya və Azərbaycan Respublikası prezidentlərinin üçtərəfli bəyanatını ratifikasiya edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2016 07:47 Asia/Baku
  • Azərbaycan R., İran və Rusiya başçılarının birgə bəyanatı ratifikasiya olunub
    Azərbaycan R., İran və Rusiya başçılarının birgə bəyanatı ratifikasiya olunub

Azərbaycan Respublikasının Milli Məclisi İran, Rusiya və Azərbaycan Respublikası prezidentlərinin üçtərəfli bəyanatını ratifikasiya edib.

IRNA-nın məlumatına görə, İran, Rusiya və Azərbaycan Respublikası prezidentləri Həsən Ruhani, Vladimir Putin və İlham Əliyevin üçtərəfli bəyanatı cari ilin avqust ayında Bakıda imzalanmışdı.

Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri bu sənədi ölkələrinin milli maraqlarına uyğun adlandıraraq, böyük əksəriyyətlə onu qəbul ediblər.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Azər Kərimli bildirib ki, bu ölkə, İran və Rusiya coğrafi yaxınlıqdan əlavə, tarixi bağlılıqlara da malikdirlər. O, üç ölkə başçısı tərəfindən imzalanmış bəyanatı tarixi bir sənəd adlandırıb.

Azərbaycan Respublikası Milli Məclisinin digər bir üzvü- Qüdrət Həsənquliyev də Azərbaycan Respublikası dövlətinin qonşularla əlaqələri genişləndirmək üzrə əzmkarlığına toxunaraq, onu ölkəsi üçün önəmli sayıb.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fəzail Ağamalı isə deyib: Bu bəyanat mühüm və Azərbaycan Respublikasının maraqlarına uyğun bir sənəddir. Əminəm ki, üç ölkə əlaqələri daha da genişlənəcəkdir.

Azərbaycan Respublikası Milli Məclisinin iclasında həmçinin bu ölkə dövləti ilə İran İslam Respublikası dövləti arasında imzalanmış Bitki Karantini və Bitki Mühafizəsi haqqında Saziş ratifikasiya olunub.