İran və Azərbaycan əlaqələrinin inkişafında ortaqlıq amili
https://azeri.sahartv.ir/news/azərbaycan-i243626-İran_və_azərbaycan_əlaqələrinin_inkişafında_ortaqlıq_amili
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri deyib: Tehran və Bakı arasında mövcud mədəni, tarixi və dini ortaqlıqlar iki ölkə arasında iqtisadi inkişafın önəmli amilidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2016 06:53 Asia/Baku
  • İran və Azərbaycan əlaqələrinin inkişafında ortaqlıq amili

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri deyib: Tehran və Bakı arasında mövcud mədəni, tarixi və dini ortaqlıqlar iki ölkə arasında iqtisadi inkişafın önəmli amilidir.

İRNA-nın məlumatına görə, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə cümə axşamı günü İran Dövlətinin Dialoq Şurası və Qərbi Azərbaycan vilayətinin özəl sektorunun iclasında əlavə edib: Bu vilayətin iqtisadi fəalları sənaye, kənd təsərrüfatı və ticarət sahələrində Azərbaycan Respublikasının iqtisadi fəalları ilə əməkdaşlıq edə bilərlər.

İranın Bakıdakı səfiri deyib: İran və Azərbaycan Respublikası arasında çox münasib siyasi atmosfer vardır. Bu münasib şəraitdə iki ölkənin anlaşdığı önəmli və təsiredici layihələr izlənilməlidir.

Cahangirzadə deyib: İran və Azərbaycanın Astara-Astara dəmiryolu önəmli layihələrdən biridir. Belə ki, yaxın gələcəkdə iki ölkənin iqtisadi çiçəklənməsində önəmli rolu oynaya bilər.