Azərbaycanla viza rejiminin ləğvi gündəmdə
https://azeri.sahartv.ir/news/azərbaycan-i244307-azərbaycanla_viza_rejiminin_ləğvi_gündəmdə
“İran və Azərbaycan arasında viza rejiminin ləğvi prosesi mərhələli şəkildə irəli aparılır”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2016 15:23 Asia/Baku
  • Bəhram Qasımi
    Bəhram Qasımi

“İran və Azərbaycan arasında viza rejiminin ləğvi prosesi mərhələli şəkildə irəli aparılır”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.

Qasımi bildirib ki, İran mümkün olduğu qədər digər ölkələrlə viza rejimini ləğv etməyə çalışır: “Bu, bizim ümumi siyasətimizdir və bu məsələni digər ölkələrlə müzakirə edirik. Həmin ölkələrdən biri də Azərbaycandır. Danışıqlar aparılıb və qərara alınıb ki, viza rejiminin ləğvi prosesi mərhələli şəkildə aparılsın”. 

Suriyada baş verən proseslərə toxunan mətbuat katibi qeyd edib ki, İran Suriya hökumətinin istəyi əsasında orada iştirak edir: “Bu hökuməti xalq və parlament seçib və onlar qanuni hökumətdir. Bəzi qüvvələrin istədikləri vaxt hansısa qanuni hökuməti devirməyə cəhd etməsi qəbulolunmazdır. İkinci məsələ terrorizmlə mübarizə məsələsidir. Suriya əgər terroristlərin çənginə düşərsə, vəziyyət daha da pisləşə bilər. İndi bütün tərəflər bu qənaətdədir ki, Suriyanın qanuni hökumətinin alternativi yoxdur”.