Ermənistanın Qarabağın adını dəyişmək cəhdi nəticəsizdir
https://azeri.sahartv.ir/news/azərbaycan-i244430-ermənistanın_qarabağın_adını_dəyişmək_cəhdi_nəticəsizdir
Azərbaycanın Say qəzetinin baş redaktoru Ermənistan dövlətinin Qarabağın adını Artsaxla əvəz etmək cəhdlərinin təəssüf doğurduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2016 07:23 Asia/Baku
  • Serj Sərkisiyan
    Serj Sərkisiyan

Azərbaycanın Say qəzetinin baş redaktoru Ermənistan dövlətinin Qarabağın adını Artsaxla əvəz etmək cəhdlərinin təəssüf doğurduğunu deyib.

Hacı Rafiq Səhər kanalına verdiyi müsahibədə Ermənistanın bu sahədəki cəhdlərinin nəticəsiz qalacağını bildirib və deyib: Azərbaycan dövləti işğal olunmuş bölgələrin adlarının dəyişdirilməsi mövzusuna  böyük diqqət göstərir, bu kimi hərəkətlər tamamiylə qeyri-qanunidir.

Bakı qəzetlərinin bildirdiklərinə görə son vaxtlar Ermənistan Qarabağın adını Artsaxa dəyişmək üçün cəhdlərə başlayıb.