Bakıda İran və Azərbaycan Respublikası İnvestisiya Fürsətləri Konfransı keçirilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i244835-bakıda_İran_və_azərbaycan_respublikası_İnvestisiya_fürsətləri_konfransı_keçirilir
İran və Azərbaycan Respublikasının İnvestisiya Fürsətləri Konfransı iki ölkənin 150-yə yaxın investoru və sahibkarının iştikrakı ilə Bakıda işə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2016 16:31 Asia/Baku
  • Bakıda İran və Azərbaycan Respublikası İnvestisiya Fürsətləri Konfransı keçirilir
    Bakıda İran və Azərbaycan Respublikası İnvestisiya Fürsətləri Konfransı keçirilir

İran və Azərbaycan Respublikasının İnvestisiya Fürsətləri Konfransı iki ölkənin 150-yə yaxın investoru və sahibkarının iştikrakı ilə Bakıda işə başlayıb.

IRIB-nin Bakı ofisinin məlumatına görə, bu konfrans iki ölkə razılaşmalarının reallaşması, habelə iki tərəfin sənaye, kənd təsərrüfatı, neft və qaz, turizm və nəqliyyat sahələrindəki investisiya imkanlarının təqdimi və tanıtdırılması hədəfilə iki gün müddətinə Bakıdakı Hilton otelində keçirilir.

Konfransın açılış mərasimində İranın Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə iki ölkənin yaxşı siyasi əlaqələrinə toxunaraq, deyib: Hazırda ikitərəfli əməkdaşlıqlar və investisiya sahələri tamamilə yaranıb və bu istiqamətdə iki ölkə prezidentlərinin iradəsi əsasında bu ölkələrin iqtisadi əlaqələrinin genişləndirilməsi sahəsində yaxşı fəaliyyətlər göstərilməkdədir.