İranın Bakıdakı səfiri: İranın siyasəti, qonşularla əlaqələri genişləndirməkdir
-
İranın Bakıdakı səfiri: İranın siyasəti, qonşularla əlaqələri genişləndirməkdir
İranın Bakıdakı səfiri İran İslam Respublikasının prinsipial siyasətini qonşularla əlaqələrin genişləndirilməsi adlandırıb.
IRNA-nın məlumatına görə, İranın Bakıdakı səfiri Cavad Cahangirzadə bu gün İranın şimal-qərbində yerləşən Culfa sərhəd keçid məntəqəsinin sahmana salınması üzrə ixtisaslaşdırılmış iclasda əlavə edib: İran İslam Respublikasının qonşu ölkələr, xüsusən islam dövlətləri qarşısındakı siyasəti, birlik, həmrəylik, eləcə də mədəni, siyasi və iqtisadi həmkarlıqlar və əlaqələrin gücləndirilməsi üzrə səydir.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri İranın qonşu ölkələrlə anlaşması və sərhəd əməkdaşlıqlarının genişlənməsinə toxunaraq, ikitərəfli həmkarlıqların sərhədlərdə də yüksəldilməsi vacibliyini vurğulayıb.