Ermənistanın pilotsuz təyyarəsi vurulub
https://azeri.sahartv.ir/news/azərbaycan-i245954-ermənistanın_pilotsuz_təyyarəsi_vurulub
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bir bəyanat yayaraq Ermənistanın bir ədəd pilostsuz təyyarəsinin Azərbaycan silahlı qüvvələri tərəfindən vurulduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2016 13:44 Asia/Baku
  • Ermənistanın pilotsuz təyyarəsi vurulub
    Ermənistanın pilotsuz təyyarəsi vurulub

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bir bəyanat yayaraq Ermənistanın bir ədəd pilostsuz təyyarəsinin Azərbaycan silahlı qüvvələri tərəfindən vurulduğunu bildirib.

İRNA-nın verdiyi məlumata görə, Ermənistanın hərbi pilotsuz təyyarəsi bazar ertəsi günü Tərtər rayonu səmasında Azərbaycan Respublikası ordusunun bölmələrinin mövqeləri üzərindən uçarkən vurulub. 

Ermənistanın pilostsuz təyyarəsi elə bir şəraitdə vurulub ki, Azərbaycan Respublikası ordusunun 60 min hərbçinin iştirakı ilə keçirdiyi geniş miqyaslı hərbi təlimləri davam etməkdədir. 

Azərbaycan Respublikasının Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddialarından və hərbi hücumlarından sonra işğal edildi. 1994-cü il may ayından ATƏT-in minsk qrupunun təşəbbüsü ilə tərəflər arasında atəşkəs rejimi bərqərar edilmişdir. Minsk qrupunun bu günədək fəaliyyətində atəşkəsdən başqa heç bir nailiyyəti olmamışdır.