Azərbaycan R. ilə "Total" şirkəti arasında razılaşma imzalanıb
-
Azərbaycan R. ilə "Total" şirkəti arasında razılaşma imzalanıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti- SOKAR(SOCAR) və Fransanın Total şirkəti Xəzər dənizindəki Abşeron qaz yatağının inkişaf etdirilməsi barədə bir razılaşma imzalayıblar.
IRIB-nin məlumatına görə, bu sənəd Total-ın icraçı müdiri- Patrik Puyanenin və onu müşayiət edən heyətin Bakıya səfəri zamanı imzalanıb.
Patrik Puyane bu səfərdə SOKAR-ın prezidenti Rövnəq Adullayev ilə görüşərək, onunla bu şirkətin Azərbaycan Respublikasının "Ümid" və "Babək" yataqıarı daxil olmaqla digər enerji yataqlarının inkişaf etdirilməsi layihələrində iştirakının perspektivləri barədə danışıb.
Abşeron qaz yatağı Xəzər dənizində yerləşən böyük enerji yataqlarından biridir ki, Azərbaycan Respublikası və Fransanın Total şirkəti iki dəfə bu yatağın inkişaf etdirilməsi layihəsi barədə müqavilə imzalayıblar.
Hal-hazırda Total və SOKAR-ın hər biri Abşeron qaz yatağının inkişaf etdirilməsi layihəsində 40, Fransanın Engi şirkəti isə 20 faizlik paya malikdirlər.