Üç ölkənin anti-dopinq qanunları ilə uyuşmayan ölkələr kimi təqdim olunması ehtimal olunur
https://azeri.sahartv.ir/news/azərbaycan-i246815-Üç_ölkənin_anti_dopinq_qanunları_ilə_uyuşmayan_ölkələr_kimi_təqdim_olunması_ehtimal_olunur
Dopinqlə Ümumdünya Mübarizə Təşkilatı-VADA ehtimal üzrə Braziliya, İndoneziya və Azərbaycan Respublikası kimi üç ölkəni anti-dopinq qanunları ilə uyuşmayan ölkələr kimi təqdim edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2016 16:22 Asia/Baku
  • Üç ölkənin anti-dopinq qanunları ilə uyuşmayan ölkələr kimi təqdim olunması ehtimal olunur
    Üç ölkənin anti-dopinq qanunları ilə uyuşmayan ölkələr kimi təqdim olunması ehtimal olunur

Dopinqlə Ümumdünya Mübarizə Təşkilatı-VADA ehtimal üzrə Braziliya, İndoneziya və Azərbaycan Respublikası kimi üç ölkəni anti-dopinq qanunları ilə uyuşmayan ölkələr kimi təqdim edəcək.

Azərbaycan Respublikasının Report xəbər agentliyinin məlumatına görə, Dopinqlə Ümumdünya Mübarizə Təşkilatının Əlaqələndirmə Komitəsinin başçısı Rene Buşar VADA-nın Təsisçilər Şurasının yığıncağında tövsiyə edib ki, Azərbaycan Respublikası, Braziliya və İndoneziya anti-dopinq qanunları ilə uyuşmayan ölkələr kimi təqdim olunsunlar.

Beynəlxalq Olimpiya Komitəsi son zamanlar Dopinqlə Ümumdünya Mübarizə Təşkilatı tərəfindən elan olunmuş anti-dopinq sınaqlarının yeni nəticələrinə əsasən, 2008-ci il Pekin Olimpiya Oyunlarında altmış kiloqram çəki dərəcəsində gümüş medal qazanmış yunan-roma güləşçisi Vitali Rəhimovdan həmin medalın geri alınması haqda qərar çıxarıb.

Vitali Rəhimov 2008-ci il Pekin Olimpiya Oyunlarının yarımfinal mərhələsində qazaxıstanlı rəqibi Nurbaxıt Tengiz Bayovu məğlub edərək, finala vəsiqə qazandı, lakin bu mərhələdə rus rəqibinə məğlub oldu. 

Beynəlxalq Olimpiya Komitəsinin yeni qərarına əsasən, 2008-ci il Pekin Olimpiya Oyunlarında altmış kiloqram çəki dərəcəsinin gümüş medalı qazaxıstanlı rəqibi Nurbaxıt Tengiz Bayova verilibdir.