Azərbaycan R-da din və siyasətin birliyi iddia olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i247367-azərbaycan_r_da_din_və_siyasətin_birliyi_iddia_olunub
Azərbaycan Respublikası parlamentinin dini işlər komitəsinin sədri bu ölkə hökumətinin dünyəviçi olmasına rəğmən, həmin ölkədə din və siyasətin birliyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2016 17:29 Asia/Baku
  • Azərbaycan R-da din və siyasətin birliyi iddia olunub
    Azərbaycan R-da din və siyasətin birliyi iddia olunub

Azərbaycan Respublikası parlamentinin dini işlər komitəsinin sədri bu ölkə hökumətinin dünyəviçi olmasına rəğmən, həmin ölkədə din və siyasətin birliyini vurğulayıb.

APA xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikası parlamentinin dini işlər komitəsinin sədri Siyavuş Novruzov bu gün Bakıda "Dini-Mənəvi Dəyərlər və Medialar" seminarının açılışı mərasimində deyib ki, Azərbaycan Respublikası hökumətində siyasətin dindən ayrı olmasına rəğmən, bu ölkədə din və siyasət yanaşıdırlar.

Siyavuş Novruzov həmçinin bildirib ki, Azərbaycan Respublikası hökuməti daim müxtəlif dinlərin nümayəndələrini himayə edir.

O, əlavə edib: Təəssüflər olsun ki, bundan öncə demokratiya çətiri altında beynəlxalq ictimaiyyətdə neqativ təsirlərə malik olmuş bəzi mənfəətpərəst qruplar hazırda dindən bir vasitə kimi istifadə edərək, cəmiyyəti aldatmağa çalışırlar.

Novruzov həmçinin jurnalistləri dini və siyasi məsələlərdə agahlıq və sayıqlığa çağırıb və belə deyib: Əcnəbilərin təbliğatları, fikir və etiqadlarının qarşısını almaq üçün Azərbaycan Respublikası ciddi addımlar atmağa başlayıbdır.