Noy 28, 2016 20:54 Asia/Baku
  • Ermənistanın uçan pilotsuz aparatı vuruldu
    Ermənistanın uçan pilotsuz aparatı vuruldu

Azərbaycan Respublikası ordusu Ermənistana məxsus uçan pilotsuz aparatı vurub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saytının bildirdiyi məluamta görə, Ermənistanın hərbi uçan aparatı ötən gecə Füzuli rayonu istiqamətində Azərbaycan Respublikası ordusunun mövqeləri üzərindən uçarkən müəyyənləşdirilmiş və atəş açılaraq vurulmuşdur.

Bu, ötən iki həftə ərzində Azərbaycan Respublikası hərbçiləri tərəfindən Ermənistanın vurulan ikinci uçan pilotsuz aparatıdır.

Bundan öncə də Azərbaycan Respublikası Müdafiə Nazirliyi 15 noyabrda Tərtər rayonu istiqamətində Azərbaycan ordusunun mövqeləri üzərində uçan Ermənistanın bir ədəd uçan pilotsuz aparatının vurğulduğunu bildirmişdi.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ötən gecə vurulan uçan aparat barədə əlavə məlumat verməyib.

Teqlər