ATƏT Qarabağda atəşkəsə riayətə nəzarət edir
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ATƏT-in, Qarabağdakı təmas xəttində atəşkəsə riayətə nəzarət etməsindən xəbər verib.
APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu gün bildirib ki, Xristo Xristov və Saymon Tiller Ermənistan tərəfindən, Yevgeni Şarov və Piter Svedberq isə Azərbaycan Respublikası tərəfindən ATƏT nümayəndələri kimi Qarabağdakı təmas xəttində atəşkəsə riayətə nəzarət məsuliyyətinə malikdiirlər.
Bu məlumata görə, beynəlxalq nəzarətçilər bu çərçivədə Ağdam meriyası məkanında Azərbaycan Respublikasının hərbi nümayəndələri ilə görüşüblər.
ATƏT nümayəndələri bildiriblər ki, Qarabağdakı ön cəbhədən baxış keçirərkən azəri və erməni hərbçilər arasında heç bir toqquşma baş verməyibdir.
Bu xəbərin elan olunması elə bir haldadır ki, Azərbaycan Respublikası və Ermənistan bir-birilərini atəşkəsi pozmaqda ittiham edirlər.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi təqribən hər gün Ermənistan ordusu tərəfindən Qarabağda atəşkəsin pozulmasından xəbər verir.
Ermənistan ilə Azərbaycan Respublikası arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlanıb və 1992-ci ildə hərbi toqquşmaya çevrilibdir.
1994-cü ilin mayından iki tərəf arasında atəşkəs elan olundu, amma ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi indiyədək heç bir nəticə verməyibdir.