Armin Hadipur Bakıda keçirilən taekvondo üzrə Qran Prinin növbəti mərhələsinə yüksəldi
https://azeri.sahartv.ir/news/azərbaycan-i250001-armin_hadipur_bakıda_keçirilən_taekvondo_üzrə_qran_prinin_növbəti_mərhələsinə_yüksəldi
Taekvondo üzrə Qran Prinin davamında Armin Hadipur 58 kq çəki dərəcəsində serbiyalı rəqibi üzərində qələbə çalaraq, növbəti mərhələdə iştiraka vəsiqə əldə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2016 10:32 Asia/Baku
  • Armin Hadipur Bakıda keçirilən taekvondo üzrə Qran Prinin növbəti mərhələsinə yüksəldi
    Armin Hadipur Bakıda keçirilən taekvondo üzrə Qran Prinin növbəti mərhələsinə yüksəldi

Taekvondo üzrə Qran Prinin davamında Armin Hadipur 58 kq çəki dərəcəsində serbiyalı rəqibi üzərində qələbə çalaraq, növbəti mərhələdə iştiraka vəsiqə əldə edib.

Armin Hadipur serbiyalı rəqibi Milos Qaldoviçi 2-0 hesabı ilə məğlub edərək, yarışların növbəti mərhələsinə yüksəlib. 

Bakıda keçirilən Taekvondo üzrə Qran Pri yarışlarına bu gündən etibarən start verilib. 2 gün davam edəcək yarışlarda 32 ölkədən gəlmiş 64 kişi idmançı rəqabət aparır. Yarışlar 4 çəki dərəcəsində həyata keçirilir. 

Taekvondo üzrə Qran Prinin başa çatmasından sonra, bazar ertəsi günü İran daxil olmaqla dünyanın 8 güclü komandasının iştirakı ilə Taekvando üzrə Dünya Çempionatına start veriləcək.