Qran-Pri 2016 yarışlarının ilk günü
-
Qran-Pri 2016 yarışlarının ilk günü
Bakıda keçirilən Qran-Pri 2016 yarışlarının ilk günündə İranın iki taekvondoçusu Cənubi Koreyadan olan rəqiblərinə məğlub olub.
İRİB-nin Bakıdan verdiyi məlumata görə, bu gün yarışların başlanğıcında çəkisi 80 kiloqramdan az olan iranlı taekvondoçu Məsud Həcci Zəvvarə Cənubi Koreyadan olan rəqibi Hon Gim qarşısında 7-5 hesabı ilə məğlub olaraq bu yarışlardan uzaqlaşdırılıb.
Rəqabətlərin davamında 58 kiloqramdan az çəkiyə malik olan növbəti iranlı taekvondoçu Armin Hadipur serbiyalı rəqibi Milus Qaldoviçi 2-0 hesabı ilə məğlub etdikdən sonra Cənubi Koreyadan olan Tay Hon Gim qarşısında isə 11-2 hesabı ilə məğlub olub.
İranın taekvondo komandasının baş məşqçisi Bijən Muğanlı Hadipurun 1-ci və 2-ci raondda rəqibindən qafil olmasını bu məğlubiyyətin səbəbi hesab edib.
B.Muğanlı deyib: Bu yarışlarda taekvondonun ulduzlarının iştirak etdiyini nəzərə alaraq kiçicik diqqətsizlik məğlubiyyətə səbəb ola bilər.
Sabah Qran-Pri 2016 yarışlarının davamında İrandan üç taekvandoçu Behnam Əsbəqi, Əbəlfəzl Yəqubi və Səccad Mərdani öz rəqibləri ilə yarışacaqlar.
Bakıda Qran-Pri 2016 yarışlarının kişilər bölməsində 32 ölkədən 64 taekvondoçu 4 çəki dərəcəsində iki gün müddətində rəqabət aparacaq .
Bazar ertəsi günü bu yarışlar sona çatdıqdan sonra İran komandası da daxil olmaqla dünyanın birinciləri sırasında duran 8 komandasının iştirakı ilə taekvondo dünya çempionatına start veriləcək.