Daha bir Nardaran sakini cəza kamerasına salındı
https://azeri.sahartv.ir/news/azərbaycan-i250208-daha_bir_nardaran_sakini_cəza_kamerasına_salındı
Nardaran hadisələri ilə əlaqədar saxlanılan kənd sakini Abbas Hüseynov cəza kamerasına salınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2016 10:53 Asia/Baku
  • Daha bir Nardaran sakini cəza kamerasına salındı

Nardaran hadisələri ilə əlaqədar saxlanılan kənd sakini Abbas Hüseynov cəza kamerasına salınıb.

İranın Teleradio Təşkilatının Bakı ofisinin "İslamın Səsi"nə istinadla verdiyi məlumata görə, Abbas Hüseynlinin vəkili Fariz Namazlı müvəkkilinin heç bir səbəb olmadan cəza kamerasına salındığını deyib. Namazlı həmçinin deyib: Abbas Hüseynli məhkəmə iclasından öncə 5 gün müddətinə cəza kamerasında saxlanılacaq.

Vəkilin dediyinə görə, zindan rəhbərliyi həmişə olduğu kimi müttəhimlərin məhkəmədən öncə cəza kamerasına salınmasının səbəblərinə aydınlıq gətirməkdən çəkinib.

Bu məlumata görə, Azərbaycanda şiələr müxtəlif bəhanələrlə həbs və işgəncə edilir, repressiyalara məruz qalırlar.

Azərbaycan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin 26 noyabr 2015-ci il tarixində Nardaranda həyata keçirdiyi əməliyyatı zamanı "Müsəlman Birliyi Hərəkatının" sədri Tale Bağırzadə və daha onlarla nəfər saxlanılıb.