Bakıda keçirilən Taekvando üzrə Qran Pri yarışları davam edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i250241-bakıda_keçirilən_taekvando_üzrə_qran_pri_yarışları_davam_edir
Bakıda keçirilən Taekvando üzrə Qran-Pri yarışlarının ikinci və sonuncu günündə iranlı idmançıların iştirakı ilə yarımfinal mərhələsi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2016 16:14 Asia/Baku
  • Bakıda keçirilən Taekvando üzrə Qran Pri yarışları davam edir

Bakıda keçirilən Taekvando üzrə Qran-Pri yarışlarının ikinci və sonuncu günündə iranlı idmançıların iştirakı ilə yarımfinal mərhələsi keçirilib.

İRİB-nin verdiyi məlumata görə, Taekvando üzrə Qran Pri yarışlarının ikinci günündə Səccad Mərdani yarışların birinci mərhələsində İspan rəqibi üzərində qələbə çalıb.

Səccad Mərdani +80 kq çəki dərəcəsində rəqibi Daniyel Ros Qomesi 3-1 hesabı ilə məğlub edərək, yarışların növbəti mərhələsinə yüksəlib.

Digər iranlı idmançı Əbülfəz Yəqubi də 68 kq çəki dərəcəsində 6-5 hesabı ilə türkiyəli rəqibi Berkay Akyolu məğlub edib.

Bununla da Bakıda keçirilən Taekvando üzrə Qran Pri yarışlarına qatılmış 5 iranlı idmançıdan 2-si final mərhələsində iştiraka vəsiqə əldə etmiş olub.

Yarışların davamında iranlı idmançı Behnam Əsbəqi rusiyalı rəqibi Konstantin Minin müqabilində 4-5 hesabı ilə məğlub olub.

Behnam Əsbəqi qarşılaşmanın son saniyələrində dirsək nahiyəsindən zədə alıb və xəstəxanaya köçürülüb.

Bakıda keçirilən Taekvando üzrə Qran Pri yarışları bu gün başa çatacaq. Bazar ertəsi günündən etibarən isə Taekvando üzrə Dünya Çempionatına start veriləcək. Bu yarışlarda İran da daxil olmaqla 8 ölkə iştirak edəcək.