İranlı taekvandoçu Bakıda qızıl medal aldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i250295-İranlı_taekvandoçu_bakıda_qızıl_medal_aldı
Bakıda keçirilən Taekvando üzrə Qran Pri yarışlarının final mərhələsində İranlı taekvandoçu Səccad Mərdani qızıl medalın sahibi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2016 07:57 Asia/Baku
  • İranlı taekvandoçu Bakıda qızıl medal aldı
    İranlı taekvandoçu Bakıda qızıl medal aldı

Bakıda keçirilən Taekvando üzrə Qran Pri yarışlarının final mərhələsində İranlı taekvandoçu Səccad Mərdani qızıl medalın sahibi olub.

Taekvando üzrə Qran Pri yarışlarının final mərhələsində +80 kq çəki dərəcəsində mübarizə aparan Səccad Mərdani Rusiya təmsilçisi Vladislav Larin ilə qarşılaşmalı olub. Sıx bir rəqabət ilə yanaşı olan mübarizənin sonunda Səccad Mərdani 4-3 hesabı ilə rəqibini məğlub etməyi bacarıb. 

Mərdani final mərhələsində iştiraka vəsiqə əldə etmək üçün İspaniya təmsilçisi Daniyel Qomez, Tunis təmsilçisi Yasin Trablusi və Nigeriya təmsilçisi Əbdül İsofo ilə qarşılaşmış və onları məğlub etməyi bacarmışdı. 

Qran Pri yarışlarının başa çatması ilə, Taekvando üzrə Dünya Çempionatı bazar ertəsi günündən etibarən Bakıda start götürəcək. Bu yarışlarda İran daxil olmaqla 8 ölkə iştirak eədəck.