Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA vuruldu
Dek 13, 2016 08:26 Asia/Baku
-
Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA vuruldu
Azərbaycan Respublikası ordusu Ermənistanin ikinci pilotsuz uçuş aparatını məhv edib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet portalının bildirdiyinə görə,
Dekabrın 12-si axşam saatlarında cəbhənin Talış kəndi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatı (PUA) aşkar olunaraq atəşlə məhv edilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet portalı dünən günortadan öncə də cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus başqa bir PUA-nı məhv etdiyini bildirmişdi.