Azərbaycan prezidentinin "İsrail" baş naziri ilə təkbətək görüşü olub
Dek 13, 2016 13:50 Asia/Baku
-
Azərbaycan prezidentinin sionist baş nazirlə təkbətək görüşü olub
Azərbaycan prezidenti İlham Əliyevin sionist İsrail rejimininin baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub.
APA-nın məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşılayıblar.
Azərbaycan prezidenti İlham Əliyev və sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahu birgə foto çəkdiriblər.
Görüşdə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.