İranın Netanyahunun Bakı səfərindən narazılığı sionist rejimin xəbər mənbələrində əks etdirilib
-
İranın Netanyahunun Bakı səfərindən narazılığı sionist rejimin xəbər mənbələrində əks etdirilib
İranın Azərbaycan Respublikasındakı sabiq səfiri Möhsün Pak Ayin sionist rejimin baş naziri Benyamin Netanyahunun Bakıya proqramlaşdırılmış səfərindən təəccüb ifadə edib.
Təsnim xəbər agentliyinin məlumatına görə, Möhsün Pak Ayin bu xəbər agentliyi ilə müsahibədə deyibdir ki, belə bir səfərin həyata keçirilməsi Azərbaycanın islami cəmiyyətlər qarşısındakı öhdəlikləri ilə təzaddadır.
İranın Azərbaycan Respublikasındakı sabiq səfiri Azərbaycan R. dövlətini sionist rejimin təcrid olunmasını pozan hər bir addımdan çəkinməyə çağırıb və belə deyib: Ermənistanın işğalçılığı ilə əlbəyaxa olan Azərbaycan Respublikasının müsəlman xalqı öz dövlətinin digər bir işğalçı ilə yaxınlığından narazı olacaq.
Bununla belə, sabiq səfir bu qənaətdədir ki, İsrail rejimi ilə Azərbaycan Respublikası arasında strateji əməkdaşlığın formalaşması imkanı yoxdur.
Digər tərəfdən, sionist "Ceruzalem Post" qəzeti yazıbdır ki, tanınmış iranlı siyasətçi və ruhanilərdən olan höccətulislam vəlmuslimin Seyid Həsən Amili Kəlxoran Netanyahunun Azərbaycan Respublikasına səfərindən özünün dərin narazılığını elan edibdir.
Bundan öncə Amili dəfələrlə Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğal olunmasını tənqid edibdir.
"Ceruzalem Post" həmçinin yazır: İran İslam Şurası Məclisi sədrinin baş müşaviri Hüseyn Əmir Əbdollahiyan Netanyahunu Azərbaycana səfər yolu ilə yeni fitnəkarlıqda ittiham edibdir.
Digər tərəfdən, İslam İnqilabının Böyük Rəhbərinin Qərbi Azərbaycan vilayətindəki nümayəndəsi və Urmiyyənin imamcüməsi Seyid Mehdi Qoreyşi xəbərdarlıq edibdir ki, heç bir islami ölkənin sionist rejimlə əlaqə qurmağa haqqı yoxdur.
Onun sözlərinə görə, Azərbaycan R. hakimiyyəti başa düşməlidir ki. belə bir hərəkət islami ictimaiyyət tərəfindən qəbuledilməz hesab olunacaqdır.
"Ceruzalem Post" Təbrizdə Netanyahunun səfərinə qarşı aksiyanın keçirilməsindən xəbər veribdir.
İsrail rejimi mətbuatı yazıbdır ki, Benyamin Netanyahunun Bakıya səfəri Azərbaycan R. medialarının rəğbəti ilə üzləşib və onlar bu sahədə müsbət təhlillər təqdim edirlər.