Əliyevdən etiraf: Sionist rejim- Azərbaycan əlaqələri çox şaxəlidir
https://azeri.sahartv.ir/news/azərbaycan-i250829-Əliyevdən_etiraf_sionist_rejim_azərbaycan_əlaqələri_çox_şaxəlidir
İlham Əliyev ilk olaraq etiraf edib ki, Azərbaycan Respublikası və İsrail rejimi arasında əməkdaşlıq genişdir. Bu günədək Azərbaycan ehtiyatla Sionist rejim ilə əlaqələrindən danışırdı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2016 08:01 Asia/Baku
  • Əliyevdən etiraf
    Əliyevdən etiraf

İlham Əliyev ilk olaraq etiraf edib ki, Azərbaycan Respublikası və İsrail rejimi arasında əməkdaşlıq genişdir. Bu günədək Azərbaycan ehtiyatla Sionist rejim ilə əlaqələrindən danışırdı.

APA-nın xəbərinə görə, dekabrın 13-də  Azərbaycan Respublikası İlham Əliyev qəsbkar sionist rejim ilə sənədlərin imzalanması mərasimindən sonra Netanyahu ilə birgə mətbuat konfransında deyib: “Azərbaycan və İsrail hərbi sahədə fəal əməkdaşlıq edir və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün bir rəqəmi diqqətinizə çatdıracağam. İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır”.

Əliyev bu müqavilələrin çox böyük hissəsinin artıq həyata keçirildiyini qeyd edib: "Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq". 

Azərbaycan Respublikası prezidenti qaniçən rejim ilə çox sahələrdə əməkdaşlıq etdiyini  və əlaqələri şaxələndirmək və artırmağı vurğulayaraq, bildirib: “Bu gün imzalanmış sənədlər əməkdaşlığımız üçün çox böyük potensialın olduğunu açıq-aydın göstərir. Sənədlərin hamısı çox vacibdir. Biz əlaqələri şaxələndirmək və artırmaq üçün işləməliyik”.

Əliyev İsrail-Azərbaycan əlaqələrinin  inkişafında yəhudi icmasının rolunu da etiraf edib: “Azərbaycandakı yəhudilər və İsraildə əsasən Azərbaycandan olan yəhudilərdən ibarət Azərbaycan diasporu ikitərəfli əlaqələrimizin mühüm amilidir. Məlumat üçün bildirmək istərdim ki, Azərbaycanda beşi Bakıda olmaqla 7 sinaqoq, yəhudi məktəbləri var. Siz onlardan birinə, 2010-cu ildə açılmış “Xabad Or-Avner” Yəhudi Təhsil Mərkəzinə baş çəkəcəksiniz. Mən həmin günü xatırlayıram, çünki mərasimdə iştirak edirdim. Şadam ki, yəhudilər Azərbaycanda özlərini evlərindəki kimi hiss edirlər.  Şadam ki, İsraildə bizim diaspor yəhudi əsilli insanlardan ibarətdir. Bu da yəhudilərlə azərbaycanlılar arasında olan birliyi nümayiş etdirir”.

Xatıladaq ki, qatil sionist rejimin baş nazirinin Bakıya səfəri ərəfəsində çoxlu etirazlar olundu. Din xadimləri, ictimai fəallar , müstəqil siyasətçilər  və Azərbaycanın həqiqi dostları Netanyahunun Bakıya səfəri ilə bağlı xəbərdarlıq etmiş və İsraillə dostluğun Azərbaycanı naməlum və təhlükəli istiqamətə sürükləyəcəyini xatırlamışlar.