Əsərləri İranda nümayiş etdirilən Azərbaycan R. rəssamları mükafatlandırılıblar
https://azeri.sahartv.ir/news/azərbaycan-i251183-Əsərləri_İranda_nümayiş_etdirilən_azərbaycan_r._rəssamları_mükafatlandırılıblar
Bakıda keçirilən bir məraisimdə əsərləri İranın Təbriz şəhərində keçirilən sərgidə nümayiş etdirilmiş Azərbaycan Respublikası rəssamları mükafatlandırılıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2016 16:30 Asia/Baku
  • Əsərləri İranda nümayiş etdirilən Azərbaycan R. rəssamları mükafatlandırılıblar
    Əsərləri İranda nümayiş etdirilən Azərbaycan R. rəssamları mükafatlandırılıblar

Bakıda keçirilən bir məraisimdə əsərləri İranın Təbriz şəhərində keçirilən sərgidə nümayiş etdirilmiş Azərbaycan Respublikası rəssamları mükafatlandırılıblar.

IRIB-nin Bakı ofisinin məlumatına görə, bu mərasimdə həmin rəssamlara təşəkkür lövhələri təqdim olunaraq, iki ölkənin incəsənət xadimlərinin təcrübə mübadiləsi, birgə simpozium və sərginin keçirilməsi vurğulanıb.

Təbriz Meriyasının Mədəni-Bədii Təşkilatının təşəbbüsü ilə oktyabrın 23-dən 27-dək bu şəhərdə Azərbaycan Respublikasının müasir rəssamlarının əsərlərindən ibarət qrup sərgisi keçirilib.

Bu sərgidə Azərbaycan Respublikasının görkəmli rəssamlarının müxtəlif səpkilərdə, o sıradan surreal, yağlı boya, akrilik və modern səpkilərdə və sərbəst mövzuda olan 40 əsəri nümayiş etdirilib.