Taleh Bağırzadə və Nardaran hadisələri məhbuslarından daha onlarla nəfər aclıq keçirir
Tanınmş azəri ruhani və Azərbaycan Respublikasında Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı, eləcə də dekabrın 19-da mühakimə olunmuş Nardaran hadisələri məhbuslarından daha on altı nəfər aclıq keçirir.
IRIB-nin Bakı ofisinin məlumatına görə, bu məhbusların vəkili Elçin İmanov həmin xəbəri verərək, deyib: Bu şəxslər onlara məhkəmədə iştirak icazəsi verilmədiyinə, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə və rəyin çıxarılmasına görə, aclığa əl atıblar.
Vəkilin sözlərinə görə, Taleh Bağırzadə ona deyibdir ki, onları ağır cinayətlər məhkəməsinə aparırlar, amma məhkəmənin zirzəmisində onları həbsdə saxlayır və mühakimə və rəyin çıxarılması zamanı onlara iştirak icazəsi vermirlər.
Bağırzadə həmçinin deyibdir ki, məhkəmə zirzəmisinin şəraiti münasib deyil; ora çox soyuqdur və məhbuslardan bir neçəsi ağır xəstədir.
Taleh Bağırzadə habelə zorla məhkəmədə iştiraka vadar edilən təyin olunmuş vəkillərə etiraz edib.
Azərbaycan Respublikasının xüsusi təyinatlı polis bölməsi 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində yerləşən Rəhimə xatun ziyarətgahının yaxınlığındakı şiə məscidinə basqın etdi.
Azərbaycan Respublikasının polis və təhlükəsizlik qüvvələrinin Nardarana qarşı hücumu zamanı iki polis daxil olmaqla yeddi nəfər öldürüldü.
Yayılmış statistikalara görə, bu toqquşmalar zamanı 87 nəfər həbs olunubdur ki, onların təqribən yetmiş nəfəri mühakimə olunaraq, bir il yarımdan altı il yarım müddətinədək həbsə məhkum edilibdir.
Taleh Bağırzadə ilə daha on yeddi məhbusun mühakiməsi davam etməkdədir. Bu şəxslər vurulan ittihamları təkzib edirlər. Onlar deyirlər ki, işgəncə gücünə onlardan yalan etiraflar alırlar.