İran-Azərbaycan müştərək iqtisadi komisyasının iclası başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i253349-İran_azərbaycan_müştərək_iqtisadi_komisyasının_iclası_başlanıb
İran İslam Respublikası və Azərbaycan Respublikasının müştərək iqtisadi komisiyasının 11-ci iclası bu gün Bakıda öz işinə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2016 16:32 Asia/Baku
  • İran-Azərbaycan müştərək iqtisadi komisyasının iclası başlanıb
    İran-Azərbaycan müştərək iqtisadi komisyasının iclası başlanıb

İran İslam Respublikası və Azərbaycan Respublikasının müştərək iqtisadi komisiyasının 11-ci iclası bu gün Bakıda öz işinə başlayıb.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, hər iki ölkənin dövlət qurumlarının rəhbərləri eləcə də özəl sektorun fəalları və iş adamlarının iştirakı ilə keçirilən iclasda keçmişdəki razılaşmalar araşdırılaraq həm də iki ölkə arasında yeni əməkdaşlıq zəminləri müzakirə ediləcək. 

İclasın açılışında Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin müstafayev iki ölkə arasında ticarət mübadilələrinin son 11 ay ərzində ötən ilki oxşar dövr ilə müqayisədə 60 faiz artdığını bildirərək deyib: İki ölkə əlaqələri iki ölkə rəhbərlərinin iradəsi nəticəsində inkişaf etməkdədir və həm Bakıda, həm də Naxçıvanda keçirilən müştərək komisiyanın 1-ci iclası yeni sahələrdə əməkdaşlıqların inkişafına əlverişli zəmin yaradacaq. 

Ş.Müstafayev iki ölkənin Xudafərin və Qız qalası su bəndlərinin , eləcə də Marazad-Ordubad Su Elektrik Stansiyasının təkmilləşdirilməsi sahəsindəki əməkdaşlıqlarına təkid edərək bu layihələrin siyasi və iqtisadi cəhətlərdən önəmli olduğunu bildirib.

Bu iclasda iranlı nazir Mahmud Vaizi də iki ölkə əlaqələrinin bütün sahələrdə inkişafını yüksək qiymətləndirib və razılaşdırılmış layihələr qarşısında duran ehtimali maneələrin qısa zamanda aradan qaldırılmasına qarşılıqlı əməkdaşlıqlara yeni perspektivlərin açılmasına təkid edib.