Tehran və Bakı mədəni əməkdaşlıqlarda əzmkardırlar
-
Tehran və Bakı mədəni əməkdaşlıqlarda əzmkardırlar
İranın rabitə və informasiya texnologiyaları naziri və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıqların genişləndirilməsi mövzusunu müzakirə ediblər.
İran İslam Respublikası rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəzl Qarayev dünən Bakıda görüşüblər.
Görüşdə Tehran, İsfahan və Ərdəbildə Azərbaycan mədəniyyət həftəsinin keçirilməsi, turistlərə güzəştlərin nəzərə alınması, İran və Azərbaycanın turizm potensiallarının təqdim edilməsi eləcə də müştərək turizm müəssisələrinin yaradılması müzakirə edilib.
İranın rabitə və informasiya texnologiyaları naziri Bakı səfərində öncə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə də görüşündə də qarşılıqlı əməkdaşlıqların genişləndirilməsi müzakirə olunmuşdu.
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi İran-Azərbaycan müştərək iqtisadi əməkdaşlıq komisiyasının 11-ci iclasında iştirak etmək üçün bazar ertəsi günü Bakıya daxil olub.