Azərbaycan İrandan qaz idxalına başlayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i253397-azərbaycan_İrandan_qaz_idxalına_başlayıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) prezidentinin müavini dünən deyib ki, ölkənin daxili istehlakının təmini üçün İrandan təbii qaz idxalına başlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2016 09:20 Asia/Baku
  • Azərbaycan İrandan qaz idxalına başlayıb
    Azərbaycan İrandan qaz idxalına başlayıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) prezidentinin müavini dünən deyib ki, ölkənin daxili istehlakının təmini üçün İrandan təbii qaz idxalına başlanılıb.

Röytersin verdiyi məlumata görə, Xoşbəxt Yusifzadə deyib: Azərbaycan gündəlik 2-4 milyard kubmetr qaz İrandan satın alır. 

O deyib: 2016-cı ilin əvvəlindən bu günədək İran Azərbaycana 286 milyon 300 min kubmetr qaz ixrac edib. 

Ötən il Azərbaycan ölkə daxilində 11 milyard kubmetr qaz istehlak edib, 8 milyard kubmetr qaz da Gürcüstan, Türkiyə və İrana ixrac edib.