İran və Azərbaycanın bank və maliyyə əlaqələri araşdırılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i253409-İran_və_azərbaycanın_bank_və_maliyyə_əlaqələri_araşdırılıb
İranın rabitə və informasiya texnologiyaları nazirinin Azərbaycan Respublikasının bank rəsmiləri ilə görüşündə iki ölkənin iqtisadi və maliyyə potensialları və intizammlı bank əlaqəsi çərçivəsində münasib ticarət əlaqələrinin yaradılması araşdırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2016 10:41 Asia/Baku
  • İran və Azərbaycanın bank və maliyyə əlaqələri araşdırılıb
    İran və Azərbaycanın bank və maliyyə əlaqələri araşdırılıb

İranın rabitə və informasiya texnologiyaları nazirinin Azərbaycan Respublikasının bank rəsmiləri ilə görüşündə iki ölkənin iqtisadi və maliyyə potensialları və intizammlı bank əlaqəsi çərçivəsində münasib ticarət əlaqələrinin yaradılması araşdırılıb.

İRİB-in məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev və Mərkəzi Bankın sədri Elmar Rüstəmovun iştirakı ilə keçirilən bu görüşdə Mahmud Vaizi iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə iki ölkənin bankları vasitəsi ilə ticarət əlaqələrinin artırılmasını vurğulayıb.

Vaizi əlavə edib: Praktiki əlaqənin yaradılması məqsədilə İran İslam Respublikası bank əlaqələrinin genişləndirilməsi istiqamətində Azərbaycan Respublikasında öz bank filiallarını açmağa hazırdır.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev də bu görüşdə əlaqələrin hərtərəfli inkişafı və ticarət əlaqələrinin sadələşdirilməsi məqsədilə Tehran-Bakının bank şəbəkəsinin genişləndirilməsini vurğulayıb.

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elmar Rüstəmov da bu görüşdə iki ölkənin ticarət dövriyyəsində digər valyutalar yerinə milli valyutadan istifadənin araşdırılmasının vacibliyini qeyd edib.

Elmar Rüstəmov bank sistemində islahat və dəyişikliklər və Azərbaycan Respublikasının maliyyə və banklarının məsələlərinə nəzarət üzrə palatanın yaradılmasına toxunaraq əlavə edib: Bu dəyişiklilərlə iki ölkənin bank və valyuta əlaqələrinin genişlənməsində böyük hərəkətlilik yaranacaq.