Cəbrayıl rayonundan olan iki digər məcburi köçkün həbs olunub
-
Cəbrayıl rayonundan olan iki digər məcburi köçkün həbs olunub
Azərbaycan Respublikasının Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan iki digər məcburi köçkün həbs olunub. Bunu Cəbrayıl rayon icra hakiminin müavini deyib.
IRIB-nin Bakı ofisinin "İslamın Səsi" saytına istinadlı məlumatına görə, Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər dekabr ayının 22-də sosial problemlərə, qazın olmaması və elektrik enerjisinin ardıcıl olaraq kəsilməsinə etiraz olaraq, Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında dinc yürüş-mitinq keçiriblər.
Etirazçılarla polis arasında toqquşma ilə nəticələnən bu aksiyada üç etirazçı həbs olunub.
Bu iki nəfərin həbs edilməsilə həbs olunmuş etirazçıların sayı beş nəfərə çatıb. Bu şəxslər təxribatçılıq, özgə əmlakını məhv etmə, partlatma, yandırma, ictimai qaydanı pozma, polis məmurlarına qarşı zor tətbiq etmədə ittiham olunaraq, üç ay həbsə məhkum olunublar.
Biləsuvarın 11 məntəqəsinə qazın çəkilməməsinə görə, bu məntəqələrin əhalisi qazın yerinə elektrik enerjisi istehlak etməyə məcburdur.
Elektrik enerjisinin qiymətinin yuxarı olmasına, bu məntəqələrin sakinlərinin onun pulunu ödəməyə güclərinin çatmamasına və elektrik idarəsinə olan borclarına görə, onların elektrik enerjisi ardıcıl surətdə kəsilir.