İran-Azərbaycan R. iqtisadi komissiyasının yekun sənədi imzalanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i253558-İran_azərbaycan_r._iqtisadi_komissiyasının_yekun_sənədi_imzalanıb
Naxçıvan Muxtar Respublikasında İran və Azərbaycan Respublikasının Müştərək İqtisadi Əməkdaşlıqlar Komissiyasının on birinci iclasının yekun sənədi imzalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2016 16:15 Asia/Baku
  • İran-Azərbaycan R. iqtisadi komissiyasının yekun sənədi imzalanıb
    İran-Azərbaycan R. iqtisadi komissiyasının yekun sənədi imzalanıb

Naxçıvan Muxtar Respublikasında İran və Azərbaycan Respublikasının Müştərək İqtisadi Əməkdaşlıqlar Komissiyasının on birinci iclasının yekun sənədi imzalanıb.

Müştərək İqtisadi Əməkdaşlıqlar Komissiyasının iranlı və azəri həmsədrləri kimi İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün İran və Azərbaycan Respublikasının Müştərək İqtisadi Əməkdaşlıqlar Komissiyasının on birinci iclasının yekun sənədinin imzalanması mərasimində iştirak ediblər.

Vaizi və Mustafayev bu mərasimdə qeyd olunan iclasın nəticələri və razılaşmalarından razılıq edərək, iclasın bir hissəsinin Naxçıvanda keçirilməsini İranın Naxçıvanın inkişafında müştərək həmkarlığa və bu muxtar respublikanın bazarında iştiraka xüsusi diqqəti adlandırıb.

Bu gün keçirilmiş Naxçıvan-Məşhəd sərnişin qatarının işə salınması mərasimində iştirak və inşa edilməkdə olan Ordubad və Marazad su elektrik stansiyalarından baxış keçirmək Mahmud Vaizinin Azərbaycan Respublikasına birgünlük səfərinin proqramlarından olubdur.