Azərbaycan Respublikası Müdafiə Nazirliyi 7 hərbçisinin öldürülməsini təkzib edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i253624-azərbaycan_respublikası_müdafiə_nazirliyi_7_hərbçisinin_öldürülməsini_təkzib_edib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan tərəfindən yayılmış xəbəri təkzib edib. Həmin xəbərdə bu gün səhər iki ölkə arasında baş vermiş döyüşlərdə Azərbaycan Respublikasının yeddi hərbçisinin öldürüldüyü qeyd olunur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2016 17:27 Asia/Baku
  • Azərbaycan Respublikası Müdafiə Nazirliyi 7 hərbçisinin öldürülməsini təkzib edib
    Azərbaycan Respublikası Müdafiə Nazirliyi 7 hərbçisinin öldürülməsini təkzib edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan tərəfindən yayılmış xəbəri təkzib edib. Həmin xəbərdə bu gün səhər iki ölkə arasında baş vermiş döyüşlərdə Azərbaycan Respublikasının yeddi hərbçisinin öldürüldüyü qeyd olunur.

IRIB-nin Bakı ofisinin məlumatına görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib: Ermənistan ordusunun kəşfiyyat qrupu Azərbaycan ərazisindən keçmək istəyərkən bu ölkə qüvvələrinin pusqusuna düşüb.

Bu toqquşmada Ermənistan qüvvələri insan tələfatı verərək, geri çəkiliblər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həmçinin son döyüşlər zamanı öz əsgərlərindən birinin itkin düşməsindən xəbər verib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu döyüşlər zamanı öz yeddi hərbçisinin öldürülməsini təkzib edibdir.

Ermənistanın Müdafiə Nazirliyi də bu döyüşləri təsdiqləyərək, özünün üç hərbçisinin öldürülməsindən xəbər verib.