Azərbaycan Müdafiə Nazirliyi beynəlxalq dairələrə müraciət edib
-
Azərbaycan Müdafiə Nazirliyi beynəlxalq dairələrə müraciət edib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi cümə axşamı günü Ermənistan silahlı qüvvələri ilə toqquşmada həlak olmuş əsgərin cəsədini geri almaq üçün beynəlxalq dairələrə müraciət edib.
İRİB-in məlumatına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyini bildirdiyinə əsasən, Ermənistan ilk öncə bu məsələni təkzib edib. Lakin təkrar izləmələr nəticəsində sosial-ictimai şəbəkələrdə bu əsgərin cəsədinin şəkillərini yaymağa məcbur olub və hazırda bu məsələ ciddi şəkildə izlənilir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib: Əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edilib.
Azərbaycan Respublikası ordusunun bu əsgəri cümə axşamı günü Ağdamd rayonunda Ermənistan silahlı bölmələri ilə toqquşmada həlak olub.
Ermənistan Müdafiə Nazirliyi də bildirib: Bu ölkənin üç əsgəri bu qarşıdurmalarda həlak olub.
Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiasından sonra başlanıb. Erməni və azərbaycanlı hərbi qüvvələr arasında qarşıdurma nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal edilib. 1994-cü il may ayında münaqişə tərəfləri arasında atəşkəs rejimi tətbiq olunub və bu münaqişənin dinc yolla həll edilməsi üçün Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə Minsk qrupunun vasitəçiliyi indiyə qədər bir nəticə verməyib.