Azərbaycan Respublikası "Dəmir Günbəz"in yeni modelini alır
https://azeri.sahartv.ir/news/azərbaycan-i254134-azərbaycan_respublikası_dəmir_günbəz_in_yeni_modelini_alır
Azərbaycan Respublikası irqçi sionist rejimdən "Dəmir Günbəz" raket sisteminin yeni modelini alır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 02, 2017 17:43 Asia/Baku
  • Azərbaycan Respublikası
    Azərbaycan Respublikası "Dəmir Günbəz"in yeni modelini alır

Azərbaycan Respublikası irqçi sionist rejimdən "Dəmir Günbəz" raket sisteminin yeni modelini alır.

İRİB-in məlumatına görə, Amerikanın Strategy Page internet portalı yazıb: İsrail rejimi "Dəmir Günbəz" raket sisteminin ilk xarici sifarişini Azərbaycan Respublikasından alıb.

Strategy Page internet portalı yazıb: Bu sistemin ixracı üçün müştərinin tapılması çətin idi. Çünki dünyada minaatan və raket hücumlarına məruz qalan ölkələr azdır və yaxud daha yaxşı desək, belə ölkələrin əksəriyyəti müsəlman ölkərdir və İsraillə problemləri vardır.

Müsəlman ölkələrin əksəriyyəti irqçi İsrail rejimi ilə ticarəti boykot ediblər. Lakin zəngin nefti olan Azərbaycan Respublikası sionist rejimlə geniş ticarətə malik müsəlman ölkələrindəndir.

Bu internet portalının yazdığına görə, Azərbaycan Respublikası ilə irqçi İsrail rejimi arasında Dəmir Günbəz raket sisteminin satın alınması üçün müqavilə təsdiqlənib. Lakin onun sayı, təhvil alınması və müqavilənin detalları indiyə qədər ictimaiyyətə çatdırılmayıb.

Strategy Page həmçinin əlavə edib: Dəmir Günbəz raket sistemi yenilənib. Bu sistem müxtəlif uçan aparatlar, raketlər, təyyarələr və hərbi helikopterləri hədəfə ala bilər.

Azərbaycan Respublikasının sionist rejimdən Dəmir Günbəz raket sistemini alması ilə yanaşı qeyd edək ki, İsrailin Livana qarşı müharibəsi zamanı bu raket sisteminin Livan Hizbullahı qarşısında müsbət funksiyası olmamışdır. Elə buna görə, hərbi ekspertlər bu raket sisteminin Azərbaycan Respublikası hökuməti üçün faydalı olmadığını hesab edirlər.