Ermənistan AR əsgərinin cəsədini təhvil verməkdən çəkinir
https://azeri.sahartv.ir/news/azərbaycan-i254266-ermənistan_ar_əsgərinin_cəsədini_təhvil_verməkdən_çəkinir
Ermənistan Azərbaycan Respublikası əsgərinin ölümündən dörd günün keçməsinə rəğmən, onun cəsədini təhvil verməkdən çəkinməkdə davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 03, 2017 13:46 Asia/Baku
  • Ermənistan AR əsgərinin cəsədini təhvil verməkdən çəkinir
    Ermənistan AR əsgərinin cəsədini təhvil verməkdən çəkinir

Ermənistan Azərbaycan Respublikası əsgərinin ölümündən dörd günün keçməsinə rəğmən, onun cəsədini təhvil verməkdən çəkinməkdə davam edir.

IRIB-nin Bakı ofisinin məlumatına görə, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hesabatına əsasən, beynəlxalq qrupların son döyüşlərdə həlak olan əsgərlərin cəsədlərinin təhvil verilməsi üçün müraciət etmələrinə rəğmən, Ermənistan müxtəlif və əsassız bəhanələrlə cəsədlərin təhvilindən imtina edir və qəsdən onu təxirə salır.

Bu komitə əlavə edib: Təəsüflər olsun ki, dünya ictimaiyyəti də indiyədək Ermənistanın bu qeyri-insani hərəkətinə bir reaksiya verməyib. Bununla belə, biz cəsədlərin təhvil verilməsi məsələsini izləməkdə davam edirik.

Qeyd edək ki, Azərbaycan Respublikası əsgəri ötən il dekabrın 29-da bu ölkə qüvvələri ilə erməni qüvvələr arasında gedən son döyüşlərdə öldürülüb və bu ölkənin müdafiə nazirliyi həmin əsgərin cəsədinin təhvil verilməsi üçün Minsk qrupuna və onun həmsədrlərinə məktub ünvanlayıbdır.